Şriftin ölçüsü :

Saytın rəngi :

Bayramov Cavid Azər oğlu

Soyad: Bayramov
Ad: Cavid
Ata adı: Azər
Doğum tarixi: 29.06.1997
Şəhid olub: 08.10.2020
Rütbə: Əsgər
Təltifləri: “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları

 

Bayramov Cavid Azər oğlu 29 iyun 1997-ci ildə Bakı şəhərində anadan olmuşdu. Cavid orta təhsilini Bakı şəhəri Nərimanov rayonu E.Əliyev adına 93 nömrəli tam orta məktəbində almış və ali təhsilini 2018-ci ildə Azərbaycan Texniki Universitetinin “Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi” ixtisası üzrə bitirmişdi.

Cavid Vətənini qorumaq üçün 27 sentyabr 2020-ci ildə könüllü olaraq cəbhəyə yollanmış, 8 oktyabr 2020-ci il tarixində Füzuli rayonunda qəhrəmancasına ən uca Zirvə- Şəhidlik zirvəsinə ucalmışdır. Binəqədi qəsəbəsi qəbiristanlığı ərazisində yerləşən Vətən Müharibəsi Şəhidlərinin Xiyaban kompleksində dəfn edilmişdir.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra şəhid gizir Cavid Bayramov “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

memorial.az/az/qehremanlarimiz/205

Keçidlər