Şriftin ölçüsü :

Saytın rəngi :

Əzizov Elgün Elman oğlu

Soyad: Əzizov
Ad: Elgün
Ata adı: Elman
Doğum tarixi: 08.01.1990
Şəhid olub: 06.10.2020
Rütbə: baş-leytenant
Təltifləri: “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”“Xocavəndin azad olunmasına görə” medalı

Əzizov Elgün Elman oğlu 1 avqust,1990-cı ildə Şamaxı rayonu Qurdtəpə kəndində anadan olub.

Ailədə 5 uşaqdan üçüncüdür Elgün.1996-cı ildə Bakı şəhəri Binəqədi rayonunda yerləşən Qorxmaz Baxşıyev adına 179 sayılı tam orta məktəbdə 1-ci sinifə başlayıb və 2007-ci ildə orta məktəbi bitirib. 2007-ci ildə Müəllimlər Universitetinin Tarix fakültəsinə,Şamaxı filialına qəbul olub. 2011-ci ildə ali təhsilini başa vurduqdan sonra Hərbi xidmətə yollanıb. 2012-ci ildə hərbi xidmətini bitirib. 2013-cü ildə ailə həyatı qurub və 3 uşaq atası olub. Ailəsinə və ətrafındakı insanlara qarşı çox diqqətcil insan olub. 2016-cı ilin noyabr ayına qədər müxtəlif işlərdə işləyib, 2016-cı ilin noyabır ayında MN təlim tədris mərkəzinə daxil olaraq oranı uğurla başa vurub.

2017-ci il fevralın 14-də  Leytenant vəzifəsində xidmətə başlayıb. 2020-ci il fevralın 23-də Baş Leytenant rütbəsinə layiq görülüb. Bu illər ərzində vəzifəsini şərəflə davam etdirən, əsgərinə və Vətəninə bağlı Elgün Əzizov “İkinci Qarabağ” müharibəsində iştirak edib.

6 oktyabr 2020-ci il tarixində Füzuli istiqamətində gedən döyüşlərdə öz əsgərini xilas etmək istəyərkən 2 güllə yarası almasına baxmayaraq döyüş meydanını tərk etməyib, qanının son damlasına kimi vuruşaraq qəhrəmancasına şəhid olub. 7 oktyabr xalqın böyük izdihamı ilə Müşviqabad qəsəbəsində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Elgün Əzizov ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”“Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilib.

memorial.az/az/qehremanlarimiz/588

Keçidlər