Şriftin ölçüsü :

Saytın rəngi :

Haqverdiyev Ayhan Akif oğlu

Soyad: Haqverdiyev
Ad: Ayhan
Ata adı: Akif
Doğum tarixi: 28.03.2002
Şəhid olub: 04.10.2020
Rütbə: Əsgər
Təltifləri:

 

Haqverdiyev Ayhan Akif oğlu 2002-ci il mart ayının 28-də Bakı şəhəri, Nəsimi rayonunda anadan olmuş, 2004-cü ildə isə ailəsi ilə birlikdə Binəqədi rayonuna köçmüşlər. 2008-ci ildə Cəbrayıl rayonu Əsgər Veysəlov adına Sirik kənd orta məktəbinin birinci sinifinə daxil olmuş, məktəb dövründə də öz fəallığı və liderlik qabiliyyəti ilə seçilmişdi Ayhan. Qəlbi Vətən sevgisi ilə döyünən qəhrəmanımız xeyirin şər üzərində qələbə çalacağına, öz ana yurdlarına qayıdacaqlarına hər zaman inanırdı. Ayhan istər uşaqlıq, istərsə də məktəb dövründə də öz qorxmazlığı, igidliyi ilə seçilirdi.

2020-ci il sentyabr ayının 27-də mənfur erməni təxribatlarının qarşısını almaq və işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda Ayhan da öz canı, qanı bahasına döyüşlərdə iştirak etmiş, Füzuli istiqamətində gedən döyüşlərdə, Qaraxanlı kəndində “3 Təpə” deyilən ərazidə 30 sentyabr 2020-ci il tarixində ağır yaralanmışdı. Yaralandıqdan sonra təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılsa da, 4 gün komada qalan Ayhan 4 oktyabr tarixində şəhadətə qovuşmuş və Binəqədi qəsəbəsi qəbristanlığı ərazisində yerləşən Vətən Müharibəsi Şəhidlərinin Xiyaban kompleksində böyük xalq izdihamı ilə dəfn edilmişdir.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ayhan Haqverdiyev ölümündən sonra “Vətən uğrunda”“Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib.

memorial.az/az/qehremanlarimiz/1339

Keçidlər