Şriftin ölçüsü :

Saytın rəngi :

Bayramov Əli Nadir oğlu

Soyad: Bayramov
Ad: Əli
Ata adı: Nadir
Doğum tarixi: 24.03.1999
Şəhid olub: 05.10.2020
Rütbə: Əsgər
Təltifləri:

Şəhid Bayramov Əli Nadir oğlu 24 mart 1999-cu ildə Bakı şəhəri, Binəqədi rayonunda dünyaya göz açmışdı. Ailə beş nəfərdən ibarət idi. Əli Bayramov 2006-cı ildə Bakı şəhəri, Binəqədi rayonu 179 saylı tam orta məktəbin “1f” sinifinə qəbul olmuşdu. Əli məktəbdə oxuduğu zamanda öz vətənpərvərliyi, mərdliyi, məğrurluğu ilə digər şagirdlərdən seçilmiş və müəllim kollektivi, sinif yoldaşlarının sevgi və hörmətini qazanmışdı. 2016-cı ildə isə həmin məktəbin məzunu olmuşdu. Arzularının içində şəhid olmaq ön sırada idi. 24 yanvar 2020- ci il tarixində hərbi xidmətə yola düşən Əli lazım gəlsə Vətən uğrunda canını belə əsirgəməyərək şəhid olacağını atasına və dostlarına söyləmişdi.

Vətən müharibəsi zamanı gedən döyüşlərdə böyük mərdlik və qəhrəmanlıq göstərmişdi Əli. O, Füzuli istiqamətdə gedən döyüşlərdə şücaət göstərərək Şəhidlik zirvəsinə ucalmışdır. Onun arzusu da məhz Şəhid olmaq idi. 2020-ci il oktyabr ayının 5-i böyük xalq izdihamı ilə Binəqədi qəsəbəsi ərazisində yerləşən Vətən müharibəsi Şəhidlərinin uyuduğu qəbirstanlıqda dəfn edilmişdir.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə ”Vətən uğrunda””Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

memorial.az/az/qehremanlarimiz/2261

Keçidlər