Şriftin ölçüsü :

Saytın rəngi :

Bayramov Ruslan Telman oğlu

Soyad: Bayramov
Ad: Ruslan
Ata adı: Telman
Doğum tarixi: 15.06.1996
Şəhid olub: 30.09.2020
Rütbə: Əsgər
Təltifləri:

 

Bayramov Ruslan Telman oğlu 1996-cı il, iyunun 15-də Bakı şəhərində anadan olub. 2002-ci ildə 179 saylı tam orta məktəbdə təhsilini başa vurub. Ağcabədi rayonu ərazisindəki hərbi hissədə həqiqi hərbi xidmətini tamamladıqdan sonra müxtəlif aralıqlarla özəl müəssisələrdə çalışıb.

2020-ci il sentyabr ayının 21-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən səfərbərliyə çağırılıb. Sentyabrın 30-da Füzuli rayonu Seyidəhmədli kəndi istiqamətdində düşmən üzərinə hücuma keçərkən ən uca Zirvəyə – Şəhidlik zirvəsinə ucalıb. Oktyabrın 1-i Binəqədi qəsəbəsi ərazisində yerləşən Vətən Müharibəsi Şəhidlərinin Xiyaban kompleksində dəfn edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Bayramov ölümündən sonra “Vətən uğrunda”“Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib.
 

memorial.az/az/qehremanlarimiz/1564

Keçidlər