Şriftin ölçüsü :

Saytın rəngi :

Qasımov Abbas Rza oğlu

Soyad: Qasımov
Ad: Abbas
Ata adı: Rza
Doğum tarixi: 17.03.1986
Şəhid olub: 27.09.2020
Rütbə: mayor
Təltifləri:

 

Abbas Rza oğlu Qasımov 1986-cı il martın 17-də Masis rayonunun (Zəngibasar rayonu) Rəhimabad kəndində anadan olub. 6 yaşı olanda atasını itirən Abbas Qasımov ailəsi ilə birgə 1988-ci ilin noyabr ayında ermənilər tərəfindən doğma rayonundan deportasiya edilib və Qasımovlar ailəsi Binəqədi rayonunda yaşamağa başlayır. 1993-2003-cü illərdə Binəqədi rayonunda F.İsgəndərov adına 157 nömrəli tam orta məktəbdə, 2003-2007-ci illərdə isə Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında ali təhsil alıb.

Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının mayoru olan hərbi pilot Abbas Qasımov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Abbas Qasımov sentyabrın 27-də Füzuli döyüşləri zamanı baş leytenant Xalid Gözəlov ilə birgə şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub.

Vətən müharibəsinin başladığı birinci dəqiqələrdə şəhid olan Abbas Qasımov və baş leytenant Xalid Gözəlov müharibənin ilk şəhidləri olublar.

Ailəli olan şəhidimizdən Vətənə əmanət 2 övladı qalıb.

Abbas Qasımov şəhadətindən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.

Binəqədi rayonu 6-cı mikrorayonda şəhidimizin adına küçə verilmişdir.

memorial.az/az/qehremanlarimiz/352

Keçidlər