Şriftin ölçüsü :

Saytın rəngi :

Vəliyev Murad Süleyman oğlu

Soyad: Vəliyev
Ad: Murad
Ata adı: Süleyman
Doğum tarixi: 11.02.1997
Rütbə: əsgər
Təltifləri
«Vətən uğrunda» medalı

 

Vəliyev Murad Süleyman oğlu 11 fevral 1997-ci ildə Moskva şəhərində dünyaya gəlmişdir. 2003-cü ildə Bakı şəhəri S.Məmmədov adına 301 N-li tam orta məktəbin 1-ci sinfinə daxil olmuşdur. 2007-ci ildən Bakı şəhəri İ.Məmmədov adına 298 N-li tam orta məktəbdə təhsilini davam etdirmişdir. Ali təhsilini Bakı Biznes Universitetində “Dövlət və bələdiyyə idarəetməsi” ixtisası üzrə almışdır. Universiteti bitirdikdən sonra Daşkəsən rayonuna Həqiqi hərbi xidmətə yollanmışdır.

Murad müharibə başlıyan günü 27 sentyabrda könüllü olaraq cəbhəyə yollanmış və komandiri ilə birlikdə həmin gündə Şəhidlik zirvəsinə ucalmışlar. 

Murad Vəliyev Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə "Vətən uğrunda" və “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

https://memorial.az/az/qehremanlarimiz/2995

Keçidlər