Şriftin ölçüsü :

Saytın rəngi :

Elnarə Qəniyevadan, Bakı şəhəri Binəqədi rayonu, 16 dekabr 2020-ci il

 
Hörmətli cənab Prezident
 
Xalqımız Sizi çox sevir, daim Sizin üçün dualar edir. Allah Sizi hər zaman qorusun. Nə yaxşı ki, bizim ölkəmizin başçısı məhz Sizsiniz. Sizinlə fəxr edirik. Bizə şanlı Qələbə günləri yaşatdığınız üçün ailə üzvlərimin adından və şəxsən öz adımdan Sizə dərin minnətdarlığımızı bildirirəm.
 
Ailəmizin ən kiçik yaşlı üzvü də Sizi çox sevir. Hər dəfə Sizi televizorda görəndə çox sevinir.
 
Mən tələbəyəm. Bir gənc olaraq Sizi tam dəstəkləyir, özüm üçün bir ucalıq hesab edir və bunun daim belə olacağını bildirirəm.
 
Hörmətlə,
 
Qəniyeva Elnarə Mübariz qızı
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu
Keçidlər