Şriftin ölçüsü :

Saytın rəngi :

Bahar Tağıyevadan, Bakı şəhəri Binəqədi rayonu, 16 dekabr 2020-ci il

 
Cənab Müzəffər Ali Baş Komandan
 
Qazanılan möhtəşəm Qələbəyə görə bütün ailəm adından Sizə təşəkkür edirəm. Nəhayət, mən bu yaşımda Qarabağımızı, Şuşan görmək imkanına malikəm. Bütün dünya Sizin müdrik və uzaqgörən siyasətinizə həsəd aparır.
 
Biz artıq bütöv Azərbaycanda yaşayırıq. Bu, Sizin və qüdrətli Ordumuzun sayəsində mümkün olub. Mən fəxr edirəm ki, azərbaycanlıyam. Allah Sizi qorusun. Siz Azərbaycanın döyünən ürəyisiniz. Allah Sizə yar olsun.
 
Cənab Prezident, əminik ki, bundan sonra da Sizin rəhbərliyinizlə yalnız qələbələrin şahidi olacağıq. Yaşasın Azərbaycanın qalib Prezidenti! Yaşasın Azərbaycan Ordusu! Yaşasın Azərbaycan xalqı! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
 
Hörmətlə,
 
Tağıyeva Bahar Vüsal qızı
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu
Keçidlər