Şriftin ölçüsü :

Saytın rəngi :

Fərid Nəsibovdan, Bakı şəhəri Binəqədi rayonu, 14 dekabr 2020-ci il

 
Möhtərəm Prezidentimiz, cənab Ali Baş Komandanımız.
 
Çox sağ olun ki, bizə bu gözəl və tarixi günləri yaşatdınız. Sizin rəhbərliyinizlə şanlı Azərbaycan Ordusu əsl qəhrəmanlıq dastanı yazaraq əzəli və tarixi torpaqlarımızı işğaldan azad etdi. Biz haqq-ədaləti xalqımızın dəstəyi və inamı ilə öz gücümüzə bərqərar etdik.
 
Cənab Prezident, Sizin sayənizdə Azərbaycanımız inkişaf edir və bundan sonra zirvələrə doğru daha məğrur addımlarla irəliləyəcəkdir.
 
Biz Sizinlə fəxr edir və qürur duyuruq. Siz "Qarabağ Azərbaycandır!" şüarını reallığa çevirdiniz. Çox sağ olun.
 
Hörmətlə,
 
Nəsibov Fərid Rasim oğlu
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu
Keçidlər