Şriftin ölçüsü :

Saytın rəngi :

Murad Əkbərlidən, Bakı şəhəri Binəqədi rayonu, 12 dekabr 2020-ci il

 
Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan,
 
Sizə çox böyük dərin minnətdarlıq hissləri ilə valideynlərim, ailə üzvlərim adından təşəkkür bildirirəm.
 
Sizin yeritdiyiniz uğurlu siyasət nəticəsində biz doğma yurdumuz olan Qarabağımıza qayıdırıq. Mən məcburi köçkün ailəsində doğulmuşam. Hazırda Yasamal rayonu ərazisində yerləşən 94 nömrəli uşaq bağçasında məskunlaşmışıq. Bir an öncə doğma yurdumuza qayıtmaq eşqi ilə Sizin müvafiq əmrinizi gözləyirik.
 
Məcburi köçkün olduğumuz müddət ərzində çətin günlərimiz olsa da bu bizim öz doğma ata-baba yurdumuza dönəcəyimiz günə olan inamınızı heç vaxt sarsıtmayıb. Hazırda çox sevincliyik, o çətin və yurdumuzdan uzaq düşdüyümüz günlər artıq geridə qalmışdır. Valideynlərimdən eşitdiyim və etdiyim mütaliələr sayəsində Qarabağın bizim üçün nə dərəcədə önəmli olduğunu dərk etmişəm. Bu yüksək ruh yüksəkliyi ilə də hərbi xidmətimi başa vurdum və vətənimiz Azərbaycana xidmət etdim. Fəxr edirəm ki, Vətənimiz Azərbaycana, bayrağımıza, millətimizə şərəflə xidmət etdim.
 
Hazırda mən Sizin dəstəyiniz sayəsində Azərbaycan Turizm və Menecment Universitetini bitirib dövlət qulluğunda çalışmaq üçün imtahanlara hazırlaşıram. Vətənimiz Azərbaycana, onun Bayrağına, xalqımıza bundan sonra da xidmət etmək mənim üçün böyük şərəfdir.
 
Biz daim Sizin yanınızda Sizinlə bərabərik. Arxayın olun ki, Sizin 10 milyonluq güclü ordunuz var və bu ordu hər zaman əmrinizə müntəzirdir. Bir daha valideynlərimiz başda olmaqla Sizə təşəkkür edirik.
 
Hörmətlə,
 
Əkbərli Murad İsman oğlu
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu
Keçidlər