Şriftin ölçüsü :

Saytın rəngi :

Aysun Xəlilovadan, Bakı şəhəri Binəqədi rayonu, 09 dekabr 2020-ci il

 
Salam bütün uşaqların babası, hörmətli Prezidentimiz İlham Əliyev!
 
Mən 5-ci sinif şagirdiyəm. Bildirmək istəyirəm ki, Sizə yazdığımı bu iki məktubun birini igid əsgərlərimizin Cəbrayıla, digərini isə Şuşaya şanlı Bayrağımızı sancanda yazmışam. Mən çox sevinirəm. Sizin uzaqgörən siyasətiniz bizi Qarabağ zəfərinə qovuşdurdu. Siz çox gözəl nitq mədəniyyətinə, siyasi müdrikliyə sahib olmaqla xarici jurnalistləri susdurdunuz, Paşinyanı məğlub etdiniz. Siz bir daha dünyaya sübut etdiniz ki, Qarabağ Azərbaycandır! Sizi, igid əsgərlərimizi və Bayrağımızı öpürəm. Sizə və əsgərlərimizə dua edirəm.
 
Hörmətlə,
 
Xəlilova Aysun, şagird
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu
Keçidlər