Şriftin ölçüsü :

Saytın rəngi :

Məhəmməd Süleymanovdan, Bakı şəhəri Binəqədi rayonu, 07 dekabr 2020-ci il

 
Hörmətli cənab İlham Əliyev
 
Mən Sizin insanlığınızın, siyasətinizin hər zaman pərəstişkarı olmuşam. Sizin bütün çağırışlarınıza səs verməyə çalışmışam.
 
Müharibədə qazanılan qələbənin sevincini yaşayan hər kəs Sizin necə böyük bir qəhrəman olduğunuzu gördü. Mən hisslərimdə yanılmadım. Bilirdim ki, güclü siyasətiniz, zəkanız, soyuqqanlılığınız qələbənizin işarəsidir. Sizə qarşı irəli sürülən yersiz ittihamlara belə soyuqqanlı yanaşmağınız böyük Lider olduğunuzu göstərir.
Hər kəs bilməlidir ki, Siz bizim, bütöv Azərbaycanın, dünyanın hər yerində yaşayan azərbaycanlıların Milli Qəhrəmanısınız.
 
Yaşasın İlham Əliyev!
 
Yaşasın Vətən!
 
Hörmətlə,
 
Məhəmməd Süleymanov
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu, Hökməli qəsəbəsi
Keçidlər