Şriftin ölçüsü :

Saytın rəngi :

BAKI BEYNƏLXALQ AVTOVAĞZALI

 
Bakı Beynəlxalq Avtovağzalı 2009-cu ilin fevral ayından etibarən fəaliyyətə başlamışdır. Bakı Beynəlxalq Avtovağzal Kompleksi 2009-ci ilin fevral ayından başlayaraq avtovağzal xidməti göstərərək ildən-ilə bu sahədə xidmət səviyyəsini yüksəldir və fəaliyyət dairəsini genişləndirir. Hal-hazırda Bakıdan Respublikanın bütün bölgələrinə, həmçinin Rusiya Federasiyası, İran, Türkiyə və Gürcüstanın müxtəlif şəhərlərinə müntəzəm avtobus reysləri fəaliyyət göstərir. Bundan başqa blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasında yaşayan həmvətənlərimizə kömək məqsədi ilə Bakı-Naxçıvan marşrutu üzrə hər gün 4 ədəd müasir və hər cür rahatlığı olan iritutumlu avtobus yola salınır.
Bakı Beynəlxalq Avtovağzal Kompleksi sərnişinlərə xidmətin yüksək səviyyədə və keyfiyyətlə aparılması üçün proseslərin avtomatlaşdırılmasında ən müasir informasiya və kommunikasiya texnologiyalarından və proqram təminatından istifadə edir. Hal-hazırda sərnişinlərə bilet satışı və avtobusların yola salınma prosesləri avtomatlaşdırılmış, mərkəzi məlumat bazası yaradılmışdır.
Ünvan: Binəqədi rayonu,  Sumqayıt şosesi 3-cü km
Telefon: +994 12 4997038 Faks: +994 12 4997102
e-mail: info@bbak.az
http://www.bbak.az

Keçidlər