Şriftin ölçüsü :

Saytın rəngi :

Elman Qurbanovdan, Bakı şəhəri Binəqədi rayonu, 07 dekabr 2020-ci il

 
Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan!
 
Bu gün Azərbaycan xalqı xoşbəxtdir ona görə ki, bu Qələbəmiz tariximizə qızıl hərflərlə yazıldı. Bu gün mən ikiqat xoşbəxtəm ki, mənim oğlum zabit kimi Sizin əmrlərinizi yerinə yetirərək, Füzuli, Cəbrayıl, Xocavənd və Şuşa rayonlarımızın düşməndən azad edilməsində komandiri olduğu tağımı ilə şərəflə döyüşüb. Ulu Öndərimiz bizim qəlbimizdə əbədi yaşadığı kimi, Siz də bizim əbədi Prezidentimiz olun. Biz Sizinlə fəxr edirik, Sizə güvənirik, nə yaxşı ki, varsınız.
 
Qarabağ Azərbaycandır!
 
Hörmətlə,
 
Qurbanov Elman İdris oğlu, Kəlbəcər rayonundan məcburi köçkün
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu
Keçidlər