Şriftin ölçüsü :

Saytın rəngi :

Jalə Əliyevadan, Bakı şəhəri Binəqədi rayonu, 03 dekabr 2020-ci il

 
Hörmətli cənab Prezident,
 
Öncə Allaha, sonra Sizə sonsuz təşəkkürlərimi bildirirəm. Bizim doğma yurdumuzu, həm ata, həm ana yurdum olan gözəl Ağdamımızı və həyat yoldaşımın yurdu olan Füzulini geri qaytardınız, Sizinlə qürur duyuruq. Allah Sizi ölkəmizin, millətimizin üstündən əskik eləməsin!
 
Mənim həyat yoldaşım da ehtiyatda olan zabitdir və hazırda xidmətdədir. Onunla da qürur duyuram, çünki heç düşünmədən, çağırış gələn kimi bizi Allaha əmanət edib, cəbhəyə getdi. Şükür Rəbbimə ki, bu gün üç övladım ataları ilə fəxr edirlər və səbirsizliklə onun yolunu gözləyirlər. İnşallah, sağ-salamat evimizə dönər.
 
Allah Sizi və ailənizi qorusun, Ali Baş Komandanımız!
 
Yaşasın Azərbaycan! Yaşasın müzəffər Ordumuz!
 
Qarabağ Azərbaycandır!
 
Hörmətlə,
 
Əliyeva Jalə Nizami qızı
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu
Keçidlər