Şriftin ölçüsü :

Saytın rəngi :

Nazim Əhmədovdan, Bakı şəhəri Binəqədi rayonu, 01 dekabr 2020-ci il

 
Müzəffər Ali Baş Komandan
 
İlk növbədə bizə Qələbə sevinci yaşatdığınız üçün Sizə dərin təşəkkürümüzü bildiririk. Biz Kəlbəcər əhalisi doğma yurdumuza qayıdacağımızı böyük sevinclə gözləyirik. Sizin uzaqgörən və məqsədyönlü siyasətinizi dəstəkləyirik və bundan sonra da hər an Sizinlə birlikdə olacağımıza söz veririk.
 
Bu tarixi anı bizlərə yaşatdığınız üçün Sizə bir daha “çox sağ olun” deyirik. Ən ali istəyimizi Siz yerinə yetirdiniz. Sizdən tək bir istəyim doğma yurdumda ixtisasıma uyğun, faydalı qazıntı yataqlarının işlənməsi və istismarı sahəsində işlə təmin olunmağımdır. Allah Sizi qorusun!
 
Hörmətlə,
 
Nazim Əhmədov
 
Kəlbəcər şəhər sakini
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu
Keçidlər