Şriftin ölçüsü :

Saytın rəngi :

Arzu Ramazanovadan, Bakı şəhəri Binəqədi rayonu, 24 noyabr 2020-ci il

 
Canım Prezidentim, cənab Ali Baş Komandan, hörmətli Zati-aliləri İlham Heydər oğlu Əliyev,
 
Sizə ailəm adından böyük ehtiram və sevgimizi bildirirəm. Çox sağ olun ki, bizə - Azərbaycan xalqına bu sevinci, bu səadəti, azadlığı yaşatdınız. Allah Sizə cansağlığı versin.
 
Bir azərbaycanlı kimi indi biz özümüzü məğrur, qalib, azad və qürurlu hiss edir, başımız dik, alnımız açıq gəzirik. Bütün bunlara görə Sizə və Şanlı Azərbaycan əsgərinə borcluyuq.
 
Cənab Ali Baş Komandan, bütün xalqımız Sizinlədir. Əminəm ki, Siz Qarabağı çiçəklənən bir cənnətə çevirəcəksiniz. Bu çətin yolda bütün Azərbaycan xalqı Sizin arxanızdadır, Sizin yolunuzla getməyə hazırdır. Mən bir dağ mühəndisi, geoloq kimi, həyat yoldaşım inşaatçı, oğlum isə bir həkim kimi quruculuq işlərində yaxından kömək etməyə, qurub-yaratmağa canla-başla hazırıq.
 
Qarabağ Azərbaycandır! Bu şüar kifayətdir ki, biz Qarabağa gedək və onun gözəlliyini, əzəmətini yenidən bərpa edək, Qarabağımızı yenidən canlandıraq, cənnətə çevirək.
 
Hörmətlə,
 
Ramazanova Arzu Ağasəf qızı
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi
Keçidlər