Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhla Məmiyevadan, Bakı şəhəri Binəqədi rayonu, 24 noyabr 2020-ci il


Əziz və əbədi Prezidentim
 
Sizi və Ordumuzu Vətənimizin işğal altında olan torpaqlarının azadlığı uğrunda apardığınız hərbi və siyasi mübarizədə qalibiyyətiniz münasibətilə təbrik edirəm. Bir qarabağlı kimi erməni vəhşiliyi mənim ailəmin taleyində də dərin və sağalmaz izlər buraxıb. Hər yeni qalibiyyət xəbərləriniz bizə 30 ildə axıtdığımız göz yaşlarımızı sevinc göz yaşları ilə əvəz etdi. Bu anları xalqımıza bəxş etdiyiniz üçün Sizə minnətdarıq. Siz tarixi yenidən yaratdınız! Sizin Qələbənizə həsr etdiyim şeirimə musiqi bəstələnib. Həmin şeiri Sizə təqdim edirəm:
 
Sənə zəfər yaraşır! Ey sərkərdəm!
 
Səndən hamı danışır, əsgərlərin şəhidliklə yarışır.
 
Bir yumruqda birləşdirdin Azərbaycan xalqını!
 
Sənə zəfər yaraşır, ey İlhamım!
 
Dünya səndən danışır,
 
Xalq sevinclə Qarabağa axışır,
 
Əsgərlər üçrəngli Bayrağımızı,
 
Əllərində yüksəklərə daşıyır.
 
Ulu Öndər, vəsiyyətin yaşayır.
 
Bütün dünya İlhamından danışır.
 
Ordusuyla sinə gərdi düşmənə
 
Odlar yurdu sənə alov yaraşır.
 
Azərbaycan, sənə zəfər yaraşır!
 
Hörmətlə,
 
Şəhla Məmiyeva
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu
Keçidlər