Şriftin ölçüsü :

Saytın rəngi :

Maşallah Əhmədovdan, Bakı şəhəri Binəqədi rayonu, 23 noyabr 2020-ci il

 
Çox hörmətli cənab Prezident
 
Ulu Öndərimizin ruhu şad oldu. Allah ona qəni-qəni rəhmət etsin.
 
Cənab Prezident, Siz başda olmaqla bütün Azərbaycan xalqını bu möhtəşəm Qələbə münasibətilə təbrik edirəm. Xalqımız, millətimiz Sizə o qədər minnətdardır ki, qəlblərində Sizə əbədi heykəl ucaltdılar.
 
Siz Azərbaycanın Milli Qəhrəmanısınız. Sizə və ailənizə Uca Allahdan cansağlığı, uzun ömür, xoşbəxtlik arzulayıram.
 
Müzəffər Ali Baş Komandan, bu sözləri SSRİ-nin ən güclü 33 futbolçusundan biri Maşallah Əhmədov deyir. Bu sevinci bizə yaşatdığınıza görə Sizə təşəkkür edirəm.
 
Hörmətlə,
 
Maşallah Əhmədov
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu
Keçidlər