Şriftin ölçüsü :

Saytın rəngi :

Mehriban Hacıyevadan, Bakı şəhəri Binəqədi rayonu, 20 noyabr 2020-ci il

 
Əziz və hörmətli Prezidentimiz, salam. Mən Azərbaycan xalqı adından Sizi bu möhtəşəm Qələbə münasibətilə təbrik edirəm. Sizə cansağlığı, uzun ömür arzulayıram.
 
Allah Sizi xalqımıza çox görməsin. Daim var olun, sağ olun, daim xalqımızın sevimli rəhbəri olaraq qalın. İnanıram ki, xalqımız Sizin rəhbərliyiniz ilə yenə bir yumruq kimi ətrafınızda birləşərək, işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərini ruh yüksəkliyi ilə aparacaq, yenə torpaqlarımız güllük-gülüstanlığa, cənnət məkana çevriləcək.
 
Hörmətlə,
 
Hacıyeva Mehriban Yusif qızı
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu
Keçidlər