Şriftin ölçüsü :

Saytın rəngi :

Həmid Mehdiyevdən, Bakı şəhəri Binəqədi rayonu, 19 noyabr 2020-ci il

 
Salam möhtərəm Ali Baş Komandan,
 
İsğal altında olan torpaqlarımızın geri alınması münasibətilə Sizi və Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm. Vətən uğrunda şəhid olanlara Allahdan rəhmət, yaralılara isə şəfa diləyirəm. Azərbaycan xalqı 200 ilə yaxındır ki, qələbə üzünə həsrət idi. Bu sevinci bizə və bizim nəsillərə bəxş etdiyiniz üçün Sizə minnətdarlığımı bildirirəm. Bizim üçün əhəmiyyətli olan bu Qələbə Sizin böyük siyasətinizin və uzaqgörənliyinizin tərənnümüdür. Biz bundan sonra da Sizin yürütdüyünüz siyasəti dəstəkləyəcək və "dəmir yumruq" kimi ətrafınızda olacağıq. Biz Sizinlə və Şanlı Ordumuzla fəxr edirik.
 
Hörmətlə,
 
Mehdiyev Həmid Oktay oğlu
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu
Keçidlər