Şriftin ölçüsü :

Saytın rəngi :

Lalə Mehdiyevadan, Bakı şəhəri Binəqədi rayonu, 17 noyabr 2020-ci il

 
Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan!
 
Mən Nəsimi rayonu 9 saylı tam orta məktəbinin 11-ci sinif şagirdiyəm. Sizi çox sevirəm, əziz Prezidentim. Sizin rəhbərlik etdiyiniz dövlətin vətəndaşı olduğum üçün fəxr edirəm. Sizə və Ordumuza dərin təşəkkürümü bildirirəm.
 
30 ildən sonra bu sevinci bizə, dünya azərbaycanlılarına yaşatdınız. Təkcə mən yox, bütün Azərbaycan xalqı Sizə və Ordumuza minnətdardır. Siz hər zaman xalqını, dövlətini sevən bir rəhbər olmusunuz. Hər zaman istəmisiniz ki, Azərbaycan üçün hər şey yaxşı olsun.
 
Uca Yaradan Sizə uzun ömür, cansağlığı versin.
 
Mənim ən böyük iki arzum var idi: Birincisi, ölkəmizin erməni qəsbkarlarından təmizlənməsi. Allahıma şükürlər olsun ki, Sizin rəhbərliyinizlə şanlı Ordumuz mənim bu arzumu gerçəkləşdirdi.
 
İkinci ən böyük arzum isə Vətənimə xidmət etməkdir.
 
Sizin hər bir hərəkətinizdən, hər bir kəlmənizdən Ulu Öndərimizin nişanəsi olmağınız hiss olunur.
 
Bir daha Sizə və Ordumuza təşəkkür edirəm.
 
Yaşasın Ali Baş Komandan! Yaşasın Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!
 
Hörmətlə,
 
Mehdiyeva Lalə Əlfida qızı
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu
Keçidlər