Şriftin ölçüsü :

Saytın rəngi :

Lalə Əbilhəsənovadan, Bakı şəhəri Binəqədi rayonu, 17 noyabr 2020-ci il

 
Müzəffər Ali Baş Komandanım
 
Mən bu əziz günləri bizə yaşatdığınız üçün Sizə təşəkkür edirəm. Sizi Şuşa Qələbəsi münasibətilə təbrik edirəm.
 
Siz Azərbaycan tarixinin yeni şanlı səhifəsini yazdınız. Bu tarixi qanlarıyla yazan şəhidlərimizə Allah rəhmət eləsin. İgid əsgərlərimizə cansağlığı versin.
 
Var olun! Allah Sizi qorusun!
 
Siz Azərbaycansınız!
 
Siz Şuşasınız!
 
Siz Qarabağsınız!
 
Siz Vətənsiniz, cənab Prezidentimiz!
 
Sevincimizin həddi-hüdudu yoxdur. Danışma problemi olan 6 yaşlı nəvəm belə dil açaraq “Qarabağ” deyir.
 
Bütün ailəmiz, qohumlarım adından Sizi təbrik edirəm.
 
Qarabağ Azərbaycandır! Can Azərbaycan!
 
Bu şanlı tarixi yazan müzəffər Komandan, Allah Sizi qorusun! Daim var olun!
 
Yaşasın Azərbaycan! Yaşasın Ordumuz! Yaşasın Ali Baş Komandan!
 
Hörmətlə,
 
Lalə Əbilhəsənova
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi
Keçidlər