Şriftin ölçüsü :

Saytın rəngi :

İranə Əjdərovadan, Bakı şəhəri Binəqədi rayonu, 13 noyabr 2020-ci il

 
Möhtərəm Prezident, müzəffər Ali Baş Komandan
 
Müharibə başlayandan Sizə inamımız sonsuz idi. Bu inamı doğrultduğunuza, əzminizə, dəyanətinizə, sona qədər göstərdiyiniz mətinliyə görə Sizə təşəkkür edirik, var olun.
 
Sizə edilən bu qədər təzyiqlərə baxmayaraq daim xalqı eşitdiniz. Müsahibələrdə qərəzli suallara verdiyiniz mükəmməl cavablar hamımızın ürəyindən xəbər verir.
 
Sizinlə qürur duyuruq. Allah Sizə uzun ömür, cansaglıgı versin.
 
Çox sağ olun, “İrəli” əmrini verdiyiniz üçün minnətdarıq Sizə.
 
Hamımızın gözü aydın olsun.
 
Qarabag Azərbaycandır!
 
Hörmətlə,
 
İranə Əjdərova
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu
Keçidlər