Şriftin ölçüsü :

Saytın rəngi :

Elvin Abduləliyevdən, Bakı şəhəri Binəqədi rayonu, 11 noyabr 2020-ci il

 
Möhtərəm cənab Prezident
 
Azərbaycan tarixi anlar yaşayır. Bu anlara, torpaqlarımızın azad olunmasına görə Sizə təşəkkür edirik.
 
Böyük Qələbə sevincini bizə yaşadan Sizin uğurlu siyasətinizdir. Bu siyasəti ürəkdən dəstəkləyirik.
 
Mənim dayım Mirzə Abbasov 1993-cü ildə Qarabağda şəhid olmuşdu. Bu gün onun da, digər şəhidlərimizin də ruhu şaddır. Biz isə sevinc içindəyik.
 
Təşəkkürlər, cənab Prezident.
 
Hörmətlə,
 
Abduləliyev Elvin Ramiz oğlu
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu
Keçidlər