Şriftin ölçüsü :

Saytın rəngi :

Fariz Məmmədovdan, Bakı şəhəri Binəqədi rayonu, 10 noyabr 2020-ci il

 
Hörmətli cənab Prezident
 
Mən etdiyim bir səhv əmələ görə məhkum kimi cəza çəkirəm. Məhkum olsam da, ölkəmizdə gedən prosesləri, Sizin apardığınız siyasəti diqqətlə izləyir və bir vətəndaş kimi heç bir hadisəyə biganə qalmıram. Sizin hər bir addımınızda milli maraqlarımızı və mənafelərimizi, sadə insanların arzu və istəklərini gerçəkləşdirmək üçün əzmkar fəaliyyət hiss olunur. Ölkəmizdə apardığınız siyasi-iqtisadi və kadr islahatlarını, hərbi sahədəki yenidənqurma işlərini tam dəstəkləyirəm.
 
Cənab Prezident, bu gün Sizin nümayiş etdirdiyiniz prinsipiallıq sayəsində doğma torpaqlarımız erməni işğalçılarından azad edilir. Bununla da Azərbaycan daha möhtəşəm gələcəyə doğru addımlayır. Azərbaycan xalqı müzəffər Ali Baş Komandan kimi Sizin ətrafınızda polad bir yumruq kimi birləşib və bu yumruq dövlətimizin ərazi bütövlüyü uğrunda döyüşlərdə erməni faşistlərinə sarsıdıcı zərbələr endirir.
 
Vətən torpaqlarının hər qarışı müqəddəsdir. Biz məhkumlar da Azərbaycan Ordusunun tarix yazdığını sevinc göz yaşları ilə izləyirik. Mən və yoldaşlarım Sizin çıxışlarınızı səbirsizliklə gözləyir, Qarabağın düşməndən təmizlənməsi uğrunda mübarizəni və yürütdüyünüz siyasəti dəstəkləyirik. Mən Naxçıvanda hərbi xidmət keçmişəm, indi də torpaqlarımızın azad edilməsi uğrunda canımdan, qanımdan keçməyə hazıram. Hazırda üç əmioğlum döyüşlərdə iştirak edir. Mənim də ən böyük arzum əsgərlərimizin sırasına qatılmaq və döyüşərək zəfərlərimizi davam etdirməkdir.
 
Cənab Prezident, ön cəbhədə şanlı Ordumuzun şücaəti, siyasi arenada isə Sizin qətiyyətiniz və iradəniz biz məhkumları qürurlandırır. Mən ümid edirəm ki, Vətən uğrunda gedən bu müqəddəs müharibədə döyüşmək və torpaqlarımızın düşmən işğalından azad olunmasında iştirak etmək arzuma çatacağam.
 
Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır! Allah Sizi və müzəffər Ordumuzun qəhrəman əsgərlərini qorusun!
 
Hörmətlə,
 
Fariz Məmmədov, məhkum
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu
Keçidlər