Şriftin ölçüsü :

Saytın rəngi :

Qərənfil Rəfiyevadan, Bakı şəhəri Binəqədi rayonu, 08 noyabr 2020-ci il

 
Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan!
 
Torpaqlarımızı erməni işğalından azad etdiyinizə görə Sizi təbrik edirəm. Biz o torpaqların həsrətini çox çəkmişik və hər gecə yuxuda görürdük. Mən hətta o yuxunu da görmüşdüm ki, Siz torpaqlarımızı azad edəcək və düşmən üzərində qələbə çalacaqsınız. Çox şükür ki, yuxularım çin oldu. Mən buna inanırdım.
 
Cənab Prezident, mən hələ uşaqlıqdan ulu öndər Heydər Əliyevlə görüşmək istəyirdim, amma onu yaxından görə bilmədim. Sizin hər çıxışınıza diqqətlə qulaq asıram. Sizinlə fəxr edirəm.
 
Allah Sizi və ailənizi qorusun. Allahdan Sizə və şanlı Ordumuza güc-qüvvət arzulayıram!
 
Hörmətlə,
Rəfiyeva Qərənfil
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu
Keçidlər