Şriftin ölçüsü :

Saytın rəngi :

İlham Səfərovdan, Bakı şəhəri Binəqədi rayonu, 05 noyabr 2020-ci il

 
Hörmətli cənab Prezident
 
1989-1993-cü illərdə, ən çətin dövrlərdə Azərbaycanı ağır vəziyyətdən qurtaran ulu öndərimiz Heydər Əliyev oldu. Ölkəmizi uçurumun önündən qaytardı. Azərbaycan vətəndaşı bugünkü rahatlığa, əhval-ruhiyyəyə, ölkənin bugünkü inkişafına, rifahına görə Ulu Öndərə minnətdardır və minnətdar olaraq qalacaqdır. Onun qayıdışı millətimizi xilas yoluna çıxardı, ölkəmizin bu cür addımlamasına şərait yaratdı. Allah ona rəhmət eləsin!
Hazırda Siz onun layiqli davamçısısınız. Mənim ürəyimdə bir arzum qaldı ki, kaş ki Ulu Öndər sağ olardı və Sizi bir gün də olsa bu kürsüdə görərdi. İndi də bu çətin günlərdə bütün xalqın yükü Sizin üzərinizdədir. Azərbaycan xalqı bir ailədir və Siz bu ailənin başçısısınız. Allah qoysa, bu yaxında Qarabağ azad olunar və Şuşada Qələbə paradı keçirərik. Siz də düşmənlərimizin acığına bütün dünya azərbaycanlılarını bu paradda iştirak etmək üçün bir yerə yığarsınız. İnşallah!
 
Hörmətlə,
 
İlham Səfərov
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu
Keçidlər