Şriftin ölçüsü :

Saytın rəngi :

Qatar Süleymanovdan, Bakı şəhəri Binəqədi rayonu, 03 noyabr 2020-ci il

 
Hörmətli cənab Prezident
 
Azərbaycanın dahi oğlu olan atanıza rəhmət diləyir, Sizə isə cansağlığı arzulayıram. Mənim 88 yaşım var, uzun illər müəllim işləmişəm. Qarabağ müharibəsi iştirakçısıyam. Qarabağ torpaqları uğrunda mübarizədə Sizin rəhbərliyinizlə qazandığınız tarixi qələbələriniz bizi utancdan qurtardı. 27 ildir ki, biz torpaqlarımızı itirə-itirə getmişik. Siz dünyanı susdurub dayandırdınız. Allah Sizi qorusun!
 
Qohumum, şəhid olan Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidovun və Sizin qoşa heykəllərinizi Qubadlıda görmək arzusu ilə daha 12 il yaşamaq, 100 yaşına çatmaq istəyirəm. Qubadlını bizə qaytardığınıza görə Sizə və igid əsgərlərimizə minnətdaram. Sizləri öpürəm.
 
Hörmətlə,
 
Qatar Süleymanov
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu
Keçidlər