Şriftin ölçüsü :

Saytın rəngi :

İsa Əliyevdən, Bakı şəhəri Binəqədi rayonu, 02 noyabr 2020-ci il

 
Müzəffər Ali Baş Komandan
 
Sizə yazan 10 yaşlı Bakı məktəblisidir. Mənim atam da Azərbaycan Ordusunun zabitidir. Mən də bu günlərdə əsgərlərimizin yanında olub döyüşmək istəyirəm. Təəssüflər olsun ki, yaşım çatmır. Buna baxmayaraq özümü əsgərimizin yanında hiss edirəm. Sizin yeni çıxışlarınızı səbirsizliklə gözləyirəm, hətta bir çox sözlərinizi əzbərləmişəm. Sizə və əsgərlərimizə güvənirəm və xalqımıza yeni Qələbələr arzulayıram. Allah Sizi və əsgərlərimizi qorusun!
 
Qarabağ Azərbaycandır!
 
Hörmətlə,
 
İsa Əliyev, şagird
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu
Keçidlər