Şriftin ölçüsü :

Saytın rəngi :

Əli Həmidovdan, Bakı şəhəri Binəqədi rayonu, 01 noyabr 2020-ci il

 
Hörmətli Prezidentim, cənab Ali Baş Komandan!
 
Sizi Cəbrayıl rayonunun 3 saylı orta məktəbinin 4-cü sinif şagirdləri və şəxsən öz adımdan salamlayıram. Mənim 10 yaşım var. 8 ildən sonra Azərbaycan əsgəri adına layiq olacağam.
 
Dünyada Sizin kimi Prezident yoxdur. Hamımız fəxr edirik ki, Sizin kimi rəhbərimiz var. Sizi çox sevirik.
 
Cənab Prezident, Siz Paşinyanın heç bir zənginə cavab verməyin, o, Sizdən müharibəni dayandırmağı xahiş edəcək. Qəti qələbəyədək davam edin.
 
Sizə və Ordumuzun bütün əsgərlərinə cansağlığı və böyük uğurlar arzulayırıq.
 
Qələbə bizimdir, Qarabağ Azərbaycandır!
 
Hörmətlə,
 
Həmidov Əli Ulduz oğlu, şagird
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu
Keçidlər