Şriftin ölçüsü :

Saytın rəngi :

Rza Heydərovdan, Bakı şəhəri Binəqədi rayonu, 01 noyabr 2020-ci il

 
Hörmətli Prezident, müzəffər Ali Baş Komandan, dahi şəxsiyyət
 
Bir vətəndaş olaraq bildirirəm ki, biz zəngilanlılar yürütdüyünüz siyasət, idarəçilik və apardığınız islahatlara görə Sizi daim dəstəkləyir və atacağınız hər addıma görə yanınızdayıq. Siz bizim fəxrimizsiniz. İnanırıq ki, Sizin sayənizdə gözəl Qarabağımız erməni mənfurlarından tam azad edilərək öz sahiblərinə qaytarılacaq.
 
Cənab Prezident, Qələbə sevincinə susamış Azərbaycan xalqına belə gözəl günləri yaşatdığınız üçün Sizə təşəkkür edirik. Hər zaman var olun, hər zaman hökmünüz sərt olsun, hər zaman dövlətimizin başında olun. Çəkdiyiniz əziyyətlər, gördüyün işlərə görə Sizə sonsuz minnətdarıq. Allah Sizi qorusun və daim var eləsin!
 
Qarabağ Azərbaycandır!
 
Hörmətlə,
 
Rza Heydərov
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu
Keçidlər