Şriftin ölçüsü :

Saytın rəngi :

Məlahət Muxtarzadədən, Bakı şəhəri Binəqədi rayonu, 31 oktyabr 2020-ci il

 
Hörmətli cənab Prezident
 
Mənim 12 yaşım var, Avropa-Azərbaycan Məktəbində təhsil alıram, 6-cı sinif şagirdiyəm.
 
Sizin Vətən müharibəsi üçün çəkdiyiniz əziyyəti görür və Sizinlə fəxr edirik. Televiziyada çıxışlarınızı heyranlıqla izləyirəm. Savadınız, biliyiniz, təcrübəniz hər iki cəbhədə qələbə qazanmağımıza zəmin yaradır. Bunları görmək çox qürurludur.
 
Ailəmiz nə Füzulidən, nə Cəbrayıldan, nə də Qarabağdan deyil. Ancaq işğal altındakı torpaqlarımızın bir-bir azad olunarkən ətrafımda hər kəsin sevinc göz yaşları axıtdığını görürəm. Mən də ölkəsini sevən bir vətəndaş kimi sevinir və qürur duyuram.
 
Hörmətlə,
 
Məlahət Muxtarzadə, məktəbli
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu
Keçidlər