Şriftin ölçüsü :

Saytın rəngi :

Murad Abdurahmanovdan, Bakı şəhəri Binəqədi rayonu, 28 oktyabr 2020-ci il

 
Möhtərəm Prezident, müzəffər Ali Baş Komandan
 
2020-ci il sentyabrın 27-də düşmən təxribatının qarşısını alaraq əks-hücuma keçən Azərbaycan Ordusunun çaldığı qələbələr hər bir azərbaycanlı kimi məni də sevindirir. Sizin uzaqgörən və məqsədyönlü siyasətinizin nəticəsidir ki, bu gün mənfur düşmən Azərbaycan Ordusunun qarşısında tab gətirə bilmir və onların acizliyini bütün dünya görür.
 
Siz elan etdiyiniz qələbələrlə müstəqil Azərbaycanın şanlı tarixini yazırsınız. Qürurla qeyd etmək istəyirəm ki, yürütdüyünüz daxili və xarici siyasətinizlə bütün xalqımızın dərin hörmətini, etimadını, sevgisini daha da qazandınız. Biz Sizin müdrik siyasətinizə, qalib Ordumuzun gücünə, igid oğullarımızın zəfər çalacağına inanırıq. Torpaqlarımızın azadlığı uğrunda canımızla, qanımızla vuruşmağa hazırıq.
Azərbaycan xalqı çox xoşbəxtdir ki, Sizin kimi müdrik rəhbəri, qətiyyətli Ali Baş Komandanı var.
 
Qələbə bizimlədir! Qarabağ Azərbaycandır!
 
Hörmətlə,
 
Murad Abdurahmanov
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu
Keçidlər