Şriftin ölçüsü :

Saytın rəngi :

Sahib Süleymanovdan, Bakı şəhəri Binəqədi rayonu, 13 yanvar 2021-ci il

 
Hörmətli cənab Prezident!
 
Azərbaycanı dünyada tanıdan ulu öndərimiz Heydər Əliyevin vəsiyyətini yerinə yetirən müdrik və uzaqgörən bir rəhbər kimi Sizi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanı və vətən müharibəsində qəhrəmanlıqla döyüşən, canından və qanından keçən bütün əsgər və zabitlərimizi 30 ilə yaxın düşmən tapdağında olan gözəl Qarabağımızın qısa bir müddət ərzində işğaldan azad olunması münasibətilə ürəkdən təbrik edirəm. Allah Sizi saxlasın! Allah Sizi xalqımızın başının üstündən əskik etməsin!
 
Qarabağ torpaqları uğrunda həlak olan şəhidlərimizin ruhu və onların valideynləri qarşısında baş əyirəm. Allah onlara rəhmət eləsin, qəbirləri nurla dolsun!
 
Mənim bir arzum var, cənab Prezident, Siz bizim ömürlük Prezidentimiz olasınız. Bir istəyim də odur ki, Qarabağın ən səfalı guşələrindən birində Sizin və Mehriban xanım Əliyevanın adına ən gözəl istirahət mərkəzi yaradılsın.
 
Allah Sizi qorusun, Siz də Azərbaycanı!
 
Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!
 
Hörmətlə,
 
Süleymanov Sahib
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu
Keçidlər