Şriftin ölçüsü :

Saytın rəngi :

Gülnar Nəsibovadan, Bakı şəhəri Binəqədi rayonu, 12 yanvar 2021-ci il

 
Hörmətli cənab Prezident,
 
Atam şəhid olanda və Ağdam rayonundan məcburi köçkün düşəndə 5 yaşım var idi. Həmin vaxtdan hər zaman Vətən və atamın məzarını ziyarət etmək nisgili ilə yaşamışıq. Amma həmişə doğma torpaqlara qayıdacağımıza inanmışıq. Hər zaman Sizin siyasətinizi dəstəkləmişik.
 
Cənab Prezident, yaratdığınız güclü ordunun döyüş meydanında qazandığı uğur Sizin diplomatik siyasətinizin nəticəsi idi. Sizi böyük qələbə münasibətilə təbrik edir, məcburi köçkün adını üzərimizdən götürdüyünüz üçün sonsuz minnətdarlığımızı bildiririk.
 
Birinci Qarabağ müharibəsindəki şəhidlərimizin ruhları şaddır artıq. Doğma ata-baba yurdumuza qayıtmağımızı səbirsizliklə gözləyirik. İnanırıq ki, Sizin rəhbərliyinizlə işğaldan azad olunmuş bütün kənd və şəhərlərimiz abadlaşacaq və ölkəmiz dünyanın ən inkişaf etmiş ölkələrindən biri olacaq.
Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan Ordusuna! Yaşasın Azərbaycan!
 
Hörmətlə,
 
Nəsibova Gülnar Şiraslan qızı
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu
Keçidlər