Şriftin ölçüsü :

Saytın rəngi :

Mirkamil Qiyaslıdan, Bakı şəhəri Binəqədi rayonu, 08 yanvar 2021-ci il

 
Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan, İlham Heydər oğlu Əliyev!
 
İcazə verin, Sizə dərin ehtiram və sonsuz sevgimizi çatdıraq. Sizin qətiyyətli siyasətiniz nəticəsində bu gün ölkəmizdə şanlı tarix yazılır. Uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızı, dədə-babalarımızın millətimizə miras qoyub getdiyi doğma Qarabağımızı geri qaytarmısınız. Qarabağın işğaldan azad edildiyi barədə xəbəri Sizdən eşidəndə sevincimizin həddi-hüdudu olmadı. Bu tarixi dövrə biz uşaqları şahid etdiyinizə görə, bizə böyük Vətən sevgisini aşıladığınıza görə çox sevinirəm. Sizin sayənizdə hər gün bir daha Vətənin hər qarışını qorumağın nə qədər vacib olduğunu öyrənirik. Bu sevinci və fərəhi bizə bəxş etdiyinizə görə dərin minnətdarlığımızı bildiririk. Bir azərbaycanlı olaraq uzaqgörən siyasətinizi, liderliyinizi dəstəkləyirik.
 
Hörmətli Ali Baş Komandan, biz gənclər daim əmrinizi gözləyir, ölkəmizin ərazi bütövlüyü uğrunda mənfur düşmənə qarşı döyüşməyə hər an, hər dəqiqə hazır olduğumuzu bildiririk.
 
Yaşasın, müstəqil Azərbaycan!
 
Qarabağ Azərbaycandır!
 
Hörmətlə,
 
Qiyaslı Mirkamil Mahir oğlu,
 
Texniki Humanitar liseyin 7-ci sinif şagirdi
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu
Keçidlər