Şriftin ölçüsü :

Saytın rəngi :

Günel Cəmilovadan, Bakı şəhəri Binəqədi rayonu, 08 yanvar 2021-ci il

 
Güclü Ordunun güclü Sərkərdəsi!
 
Apardığınız uğurlu siyasət nəticəsində ölkəmiz günü-gündən çiçəklənir. 44 günlük vətən müharibəsində qazandığımız parlaq qələbə ölkəmizin regionda geosiyasi vəziyyəti dəyişməsinə səbəb oldu. Bundan sonra çox daha güclü bir dövlət olaraq regionda mövcudluğumuzu qoruyacağıq. Füzuli rayonunda beynəlxalq hava limanının tikilməsi Sizin ən doğru qərarlarınızdan biridir. Özünüzün də dediyiniz kimi bu hava limanının tikilməsi xarici qonaqların Şuşaya dəvət edilməsinə imkan yaradacaq. 30 ildə erməni vandalları tərəfindən dağıdılaraq xarabalığa çevrilən Qarabağı cənnət-məkana çevirməklə Siz bir daha dünyaya Azərbaycan xalqı ilə erməni xalqı arasında fərq olduğunu göstərəcəksiniz.
 
Cənab Prezident, bu xeyirli haqq yolunda Allah yolunuzu açıq etsin!
 
Yaşasın Azərbaycan!
 
Qarabağ Azərbaycandır!
 
Hörmətlə,
 
Günel Cəmilova,
 
Füzuli rayon 49 nömrəli tam orta məktəbin direktoru
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu
Keçidlər