Şriftin ölçüsü :

Saytın rəngi :

Xalidə Bağırovadan, Bakı şəhəri Binəqədi rayonu, 05 yanvar 2021-ci il

 
Hörmətli cənab Prezident,
 
30 il həsrətində olduğumuz torpaqlarımızı 44 günə azad etdiyinizə görə Sizə minnətdarlıq bildirir, cansağlığı və xoşbəxtlik arzulayıram.
 
Qarabağın belə qısa müddətə azad olunması bizim üçün bir möcüzədir. Buna görə də Azərbaycan tarixinə yenilməz sərkərdə kimi düşdünüz. Siz ulu öndərimiz Heydər Əliyev kimi heç vaxt unudulmayacaqsınız. Ümummilli liderimiz daim xalqın qəlbindədir.
 
Mən 4 kitab müəllifiyəm. Mən də şeirlərimdə Sizin şücaətinizi, igidliyinizi vəsf edirəm.
 
Alqışa layiqsən
Ata Heydər nəsihətin,
Sən yerinə yetirdin.
Vətəni azad etdin,
Cənab İlham Əliyev!
Nə dedinsə, sən etdin,
Hələ gözəl günlər vardır.
Xalqın gələcəyində,
Qələbə bayramıdır
Müstəqil vətənimdə.
Qisas aldın öz əmrinlə,
Nizami Orduna əhsən.
Azərbaycan torpağının,
Şücaətli oğlusan, sən.
Dəmir yumruğunla tarixdə,
Yaşayasan sonadək.
Xalq Sizinlə qürur duyur,
Qalib Vətənimizdə.
Xalidəyəm, diləyim var,
Möhkəm vuran ürəyim var.
Allah bizi etməsin xar,
Azad olaq Vətəndə.
Gözün aydın, Azərbaycan
Gözün aydın, Azərbaycan!
Zəfər çaldı Ordumuz.
Şuşalı səhər açıldı,
Bayram etdi yurdumuz.
Cənab Ali Baş Komandan,
Uca tutdu başını.
Dedi: - Vətən, təbrik sənə,
Azad oldu Qarabağ!
Şuşa qalası Pənahəli xandan nişanədir,
O Sərkərdə qurubdur xanımanı.
İyirmi səkkiz il həsrət qaldıq,
Şükür, şanlı Ordumuz zəfər çaldı.
Dirçələcək yenə də,
Xarı bülbül gülləri.
Çəmənzara dönəcək,
Azərbaycan elləri.
Qədim Bərdədə doğuldum,
Yaradandan razıyam mən.
Əslim Şuşalıdır mənim,
Vətənə bağlıyam mən.
 
Hörmətlə,
 
Bağırova Xalidə
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu
 
Keçidlər