Şriftin ölçüsü :

Saytın rəngi :

Ayxanım Baxşalıyevadan, Bakı şəhəri Binəqədi rayonu, 26 oktyabr 2020-ci il

 
Əziz və möhtərəm Prezidentimiz!
 
Sizin uğurlu daxili və xarici siyasətinizi dəstəkləyən bir vətəndaş kimi bu məktubla son günlərdə bizə bəxş etdiyiniz Qələbə sevinclərinə görə Sizə minnətdarlıq etməyi özümə borc bildim. İllərdir bu günləri bütün xalqımız həsrətlə gözləyirdi. Axı Qarabağımızın hər qarış torpağı hamımız üçün əzizdir, müqəddəsdir.
 
İnşallah, Sizin və müzəffər Ordumuzun sayəsində tezliklə qalan torpaqlarımız da işğaldan azad olunacaq və minlərlə köçkün soydaşlarımız öz dədə-baba yurdlarına qayıdacaqlar.
 
Cənab Prezident, hələ görüləcək işlərimiz qabaqdadır. Birlikdə düşmənin xarabalığa çevirdiyi cənnət diyarımızı əvvəlkindən də gözəl bir diyara, gülüstana çevirməliyik. Bütün xalq olaraq həm Sizi, həm də Ordumuzu dəstəkləyirik və arxanızdayıq.
 
Hörmətlə,
 
Baxşalıyeva Ayxanım
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu
Keçidlər