Şriftin ölçüsü :

Saytın rəngi :

Tünzalə Məmmədovadan, Bakı şəhəri Binəqədi rayonu, 26 oktyabr 2020-ci il

 
Hörmətli Prezident, müzəffər Ali Baş Komandan
 
Mən Füzuli rayonundan məcburi köçkün düşmüş bir vətəndaş kimi Sizə təşəkkürümü bildirirəm. Siz məcburi köçkün adını üstümüzdən götürəcək, bizi bu səfalətdən xilas edəcəksiniz.
 
Cənab Prezident, hər bir çıxışınızı həsrətlə gözləyirəm. Siz düşmənə həm silahla, həm də nitqinizlə böyük sarsıdıcı zərbələr vurursunuz. Mən Sizinlə qürur duyuram. Öz böyüklüyünüzlə, siyasi məharətinizlə, alicənablığınızla bütün dünyada haqlı olduğumuzu sübuta yetirdiniz. Ermənistan rəhbərliyi, onların havadarları heç zaman Sizinlə ayaqlaşa bilməyəcək.
 
Əziz Prezidentim, Allah Sizi qorusun! Mən Sizi əbədi Prezident görmək istəyirəm!
 
Hörmətlə,
 
Tünzalə Məmmədova
 
Füzuli rayonundan məcburi köçkün
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi
Keçidlər