Şriftin ölçüsü :

Saytın rəngi :

İmamqulu Quliyevdən, Bakı şəhəri Binəqədi rayonu, 26 oktyabr 2020-ci il

 
Cənab Ali Baş Komandan!
 
Bir müharibə veteranı kimi Sizə sonsuz təşəkkür edirəm və bütün əmrlərinizi canla-başla həyata keçirməyə hazıram.
 
Sizin uzaqgörən və məqsədyönlü siyasətiniz nəticəsində biz hər gün sevindirici xəbərlər eşidirik. Bizə bu əvəzolunmaz sevinc hisslərini yaşatdığınız üçün, qələbə xəbərləri verdiyiniz üçün Sizə minnətdaram.
 
Sizin amalınız hər bir vətəndaşımızın xoşbəxt olmasıdır.
 
Sizdən xahiş edirəm, göstəriş verin, mən də cəbhəyə gedib igid əsgərlərimizlə çiyin-çiyinə vuruşum.
 
Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!
 
Yaşasın Azərbaycanın şanlı Ordusu!
 
Hörmətlə,
 
Quliyev İmamqulu Rüstəm oğlu
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu
Keçidlər