Şriftin ölçüsü :

Saytın rəngi :

Raul Rzayevdən, Bakı şəhəri Binəqədi rayonu, 13 oktyabr 2020-ci il

 
Hörmətli cənab Prezident,
 
Mən Azərbaycan Respublikasının bir vətəndaşı olaraq, Sizə sonsuz təşəkkürümü bildirirəm.
 
Siz bizim ata-baba torpağımızı - Qarabağımızı işğalçı ermənilərdən geri qaytarırsınız. Torpaqlarımızın işğal altında olması xalqımızın qəlbində acı bir nisgilə çevrilmişdi. İndi bu nisgilin yerini, fərəh, qürur hissi əvəz edir. Siz təkcə torpaqlarımızı işğaldan azad etmirsiniz, həm özünüzün və xalqımızın böyüklüyünü, həm də Ordumuzun gücünü, qüdrətini sübut edirsiniz.
 
Çox sağ olun, cənab Ali Baş Komandan. Allah Sizdən razı olsun.
 
Qələbə bizimlədir!
 
Hörmətlə,
 
Rzayev Raul Fuad oğlu
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu
Keçidlər