Şriftin ölçüsü :

Saytın rəngi :

Sahib Əliyevdən, Bakı şəhəri Binəqədi rayonu, 09 oktyabr 2020-ci il

 
Hörmətli cənab Prezident
 
Sizin rəhbərliyinizlə şanlı Ordumuzun qazandığı qələbələrdən sonra mənim və ailə üzvlərimin sevincinin həddi-hüdudu yoxdur. İnşallah, bütün torpaqlarımız tezliklə azad olunacaq, ölkəmizin ərazi bütövlüyü bərpa ediləcək.
 
Bu gün tarixin yeni bir şanlı səhifəsini yazırsınız və Siz başda olmaqla, bütün cəsur övladlarımızın adı bu səhifəyə həkk olunacaq.
 
Cənab Ali Baş Komandan, bütün ailə üzvlərimlə birlikdə hər zaman yanınızdayıq. Sizi bu haqq işinizdə dəstəkləyirik.
 
Qələbə bizim olacaq, Qarabağ Azərbaycandır!
 
Vətənin dar günündə, çətin günündə,
Oturub, əylənmək haramdır bizə.
Yetişib zaman, çatıbdır məqam,
Vətəni qorumaq şərəfdir bizə.
 
Hörmətlə,
 
Əliyev Sahib Abdulla oğlu
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi
Keçidlər