Şriftin ölçüsü :

Saytın rəngi :

Yadigar Muradovdan, Bakı şəhəri Binəqədi rayonu, 06 oktyabr 2020-ci il

 
Cənab Ali Baş Komandan!
 
Azərbaycan xalqının iradəsini ifadə edərək, Azərbaycan Ordusunun bütün cəbhə boyu hərəkətə keçməsi, ərazi bütövlüyümüzün təmin olunması haqqında verdiyiniz əmr, sadəcə bir tapşırıq, bir göstəriş deyil. Tarixi həqiqətin, ədalətin, Azərbaycan xalqının, məcburi köçkünlərin hüquqlarının bərpa olunmasıdır.
 
Cəbhədən gələn hər bir sevindirici xəbər həsrət qaldığımız dədə-baba torpaqlarımıza qayıdacağımız günə olan inamımızı daha da artırır.
 
İllərdir torpaqlarımızın işğaldan azad edilməsi üçün atdığınız hər bir addımı dəstəkləyən və bu gün düşməni layiq olduğu şəkildə başa salmaq üçün başladığınız mübarizədə, Şuşa Dövlət Musiqili Dram Teatrının kollektivi də Sizinlə birlikdədir. Biz hər an bu mübarizəyə ən fəal şəkildə qoşulmağa, böyük qələbəmizə öz töhfəmizi verməyə hazır olan Azərbaycan əsgəriyik.
 
Biz tam əminliklə inanırıq ki, Sizin komandanlığınız altında Azərbaycan Ordusunun başladığı bu zəfər yürüşü Azərbaycan xalqının qələbəsi ilə nəticələnəcəkdir.
 
Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa, Ordumuza ruh yüksəkliyi, Siz başda olmaqla bütün xalqımıza qələbə sevincini yaşamağı arzulayırıq.
 
Şuşa Dövlət Musiqili Dram Teatrının kollektivi adından dərin hörmətlə,
 
Yadigar Muradov, direktor, Əməkdar artist
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu
Keçidlər