Şriftin ölçüsü :

Saytın rəngi :

Solmaz Tağızadədən, Bakı şəhəri Binəqədi rayonu, 04 oktyabr 2020-ci il

 
Çox hörmətli cənab Ali Baş Komandan
 
İlk öncə onu qeyd etmək istəyirəm ki, bizə yaşatmış olduğunuz ilkin qələbə sevincinə görə Sizə ailəm və yaxın qohumlarım adından dərin minnətdarlığımı bildirirəm.
 
Qeyd edim ki, hər iki valideyni zabit olan bir tələbə kimi, başda Siz olmaqla qüdrətli, şanlı ordumuza güvənim, inamım, sevgim sonsuzdur. Əgər bu gün Azərbaycan beynəlxalq arenada nailiyyətləri, uğurları ilə diqqət mərkəzindədirsə bu Sizin uzaqgörən siyasətinizin nəticəsidir. Əminəm ki, Sizin rəhbərlik etdiyiniz Azərbaycan Ordusu Qarabağda dalğalandırdığı qalibiyyət bayrağını yaxın günlərdə Azadlıq Meydanında keçiriləcək hərbi paradda nümayiş etdirəcək. Biz gənclər Sizin yolunuzun davamçısıyıq. Tanrı Sizə yar olsun.
 
Canımızdan keçərik, amma Vətənimizdən əsla!
 
Hörmətlə,
Solmaz Tağızadə
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi.
Keçidlər