Şriftin ölçüsü :

Saytın rəngi :

Rahilə Bəşirova və başqalarından, Bakı şəhəri Binəqədi rayonu, 30 sentyabr 2020-ci il

 
Möhtərəm cənab Prezident
 
Biz və ailə üzvlərimiz hazırda cəbhə bölgəsində davam edən döyüşlərdə qazandığımız uğurlara görə Sizə təşəkkürümüzü bildiririk.
 
Siz çox müdrik qərarlarınızla, təmkinli və qətiyyətli mövqeyinizlə bizi qələbədən qələbəyə daşıyırsınız. İnsanların ümidləri doğrulur, arzuları çin olur. Doğma Azərbaycanlımızla öyünür, Sizinlə fəxr edirik.
 
Cənab Ali Baş Komandan, hər zaman Sizinləyik və qələbə bizimlə olacaqdır.
 
Allah Sizi və əsgərlərimizi qorusun.
 
Hörmətlə,
 
Bəşirova Rahilə
Tahirova Aynur
Əliyev Mürşüd
Əsgərli Seymur
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.
Keçidlər