Şriftin ölçüsü :

Saytın rəngi :

Vasif Nəbizadədən, Bakı şəhəri Binəqədi rayonu, 30 sentyabr 2020-ci il

Hörmətli cənab Prezident
 
Dövlətimizə rəhbərlik etməyə başladığınız vaxtdan bu günədək Azərbaycan inkişaf etməkdədir. Bu inkişaf bizi beynəlxalq arenada güclü ölkələr sırasında göstərir. Ordumuz düşmənin təxribatlarına qarşı əks cavabı layiqincə verdi. Dağlıq Qarabağ münaqişəsini həll edəcəyinizə hamılıqla inanırıq. Hər bir Azərbaycan oğlu istəyər ki, şəhidlərin qanı yerdə qalmasın. Məndə bir Azərbaycan Respublikası vətəndaşı kimi, Sizin əmrinizlə silaha sarılaraq xalqıma, dovlətimə xidmət etməyə hazıram.
 
Hörmətlə,
Nəbizadə Vasif İlqar oğlu
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.
Keçidlər