Şriftin ölçüsü :

Saytın rəngi :

Eyvaz Süleymanzadədən, Bakı şəhəri Binəqədi rayonu, 30 sentyabr 2020-ci il

Hörmətli cənab Prezident
 
Cəbhədə erməni işğalçılarının təxribatlarına qarşı Azərbaycan Ordusunun layiqli cavabı bir daha ölkənin müdafiə qüdrətini və gücünü, xalqımızın döyüş əzminin yüksək olduğunu göstərdi. Ordumuzun düşmənə endirdiyi sarsıdıcı zərbələrdən qürur duyduq və bu qələbələr bizlərdə böyük ruh yüksəkliyi yaratdı. Biz Azərbaycan torpaqlarına göz dikən erməniləri tezliklə yerində oturdacağıq və biz gənclər əminik ki, şəhidlərimizin qanı heç vaxt yerdə qalmayacaq. Necə deyərlər, şəhidlər ölməz, Vətən bölünməz. Bu cür xalqım olduğu üçün mən həmişə fəxr etmişəm. Bu millətin torpaqları çox uzun müddət işğal altında qala bilməz. Xalqımız Sizə və ordumuza sonsuz güvənir və inanır. Allahın izni ilə bu bəlaların öhdəsindən uğurla gələcəyik.
 
Hörmətlə,
Süleymanzadə Eyvaz Kənan oğlu
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu
Keçidlər